“Nabucco” müqaviləsinin imzalanma tarixi məlum oldu
Kəmərdə İraq qazından istifadə olunacağı istisna deyil
"Nabucco qaz kəməri layihəsi üzrə hökumətlərarası müqavilələr, bu prosesdə bir qədər durğunluğa baxmayaraq 2009-cu ilin birinci yarısının sonunda imzalanacaq", - Macarıstanın layihədəki nümayəndəsi Mixay Bayer deyib. Macarıstanın "BBJ" jurnalı bu barədə yazır.
Bayerin sözlərinə görə, hökumətlərarası müqavilənin mətni mayın 8-də Praqada baş tutacaq enerji sammitində tamamlanacaq.
"Qaza tələbatın aşağı düşməsi, eləcə də iqtisadi böhran nəticəsində korporativ sərmayələrin azalması "Nabucco" layihəsinin realizəsini yavaşlada bilər", - Bayer bildirib.
Bayer "Nabucco" kəmərində İraq qazından istifadəni istisna etməyib. O, həmçinin ABŞ-la münasibətlərindəki dəyişiklikləri nəzərə alaraq İrandan tədarükü də mümkün sayıb. Ancaq Bayerin dediyinə görə, bu uzun müddət çəkəcək.
Dəyəri 7,9 mlrd. avro (10,1 milyard dollar) olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin tikintisinin başlanğıcı 2011-ci ilə təyin edilib. İlk tədarük 2014-cü ildə gözlənilir.
Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Oxşar yazılar

Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
21 aprel 2025 , 20:47
Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verdi
21 aprel 2025 , 20:43
Arkadi Qukasyanın ETİRAFLARI: "...yüzlərlə azərbaycanlı var idi"
21 aprel 2025 , 14:06
ABŞ-da görünməmiş HADİSƏ: üç keçmiş prezident Trampı sərt tənqid etdi
21 aprel 2025 , 10:50
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
20 aprel 2025 , 09:38
Ordumuzun mövqeləri atəşə tutuldu
19 aprel 2025 , 09:0444 günlük müharibə zamanı Rusiya Ermənistana 4 “Tor” sistemi göndərib - FAKT
18 aprel 2025 , 18:16