AŞ PA-nın yaz sessiyasının gündəliyi açıqlandı
17 aprel 2009 11:00 (UTC +04:00)

AŞ PA-nın yaz sessiyasının gündəliyi açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 27-30 aprel 2009-cu ildə Strasburqda keçiriləcək yaz sessiyasının gündəliyi açıqlanıb.

Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisindən Lent.az-a daxil olan məlumata görə, sessiyanın birinci günündə Avropa Şurasının 60 illik ildönümünün kiçik qeydetmə mərasimi keçiriləcək.

Sessiyaya təcili prosedur üzrə debatların keçirilməsi üçün iki müraciət təqdim edilib. Onlardan biri Moldovada demokratik təsisatların fəaliyyəti məsələsinin müzakirəsi üçün Sosialistlər Qrupu tərəfindən, digəri isə İnsan hüquqları haqqında Avropa Konvensiyasının 14 saylı Protokolunun layihəsinə dair rəy üçün Nazirlər Komitəsi tərəfindən təqdim edilib. Həmin Protokol Avropa İnsan Hüquqları Məhkəməsinin daxili prosedurlarını sadələşdirmək məqsədi daşıyır.

Parlamentarilər həmçinin Gürcüstanla Rusiya arasındakı müharibənin humanitar nəticələrini, habelə Assambleyanın 1647 saylı qətnaməsinin icrası üçün bu iki üzv dövlət tərəfindən görülmüş tədbirləri müzakirə etməlidirlər.

Gündəlikdəki digər məsələlərə bunlar daxildir:

- Avropa Şurasının üzvü olan dövlətlərdə insan hüquqları müdafiəçilərinin vəziyyəti;

- Serbiyanın öz vəzifə və öhdəliklərinə riayət etməsinin vəziyyəti;

- qadın və qızların oğurlanması da daxil olmaqla gender əlaməti əsasında baş verən insan hüquqları pozuntuları ilə mübarizə üçün tədbirlər. Bu debata əlavə olaraq Birləşmiş Krallıqda işləyən, ailəsi tərəfindən oğurlanıb zorla ərə verilmiş banqladeşli həkim Humeyra Abedin vəkili ilə birlikdə mətbuat konfransı təşkil edəcək

İspaniyanın xaric işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinos Nazirlər Komitəsinin müraciətini Assambleyaya təqdim edəcək. Həmçinin Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq 2008-ci ildəki fəaliyyətinə dair illik hesabatı təqdim edəcək.

Assambleya öz yekun gündəliyi barədə sessiyanın açılışında qərar qəbul edəcək.

Gündəliyin layihəsi

Bazar ertəsi, 27 aprel 2009 (açılış saat 11.30-da)

• 2009-cu ilin adi sessiyasının ikinci hissəsinin açılışı
• Assambleyanın Kiprlə əlaqədar vitse-prezidentinin seçilməsi
• Assambleya Bürosunun və Daimi Komitənin işlərin gedişatı barədə hesabatı
• Avropa Şurasının 60-cı ildönümünün qeyd edilməsi
• Fövqəladə vəziyyətlərdə insan hüquqlarının müdafiəsi

Çərşənbə axşamı, 28 aprel 2009

• Avropa Şurasının üzvü olan dövlətlərdə insan hüquqları müdafiəçilərinin vəziyyəti
• Finlandiyanın prezidenti Tarya Halonenin çıxışı
• İctimai yayım xidmətinin maliyyələşdirilməsi
• Serbiyanın öz vəzifə və öhdəliklərinə riayət etməsinin vəziyyəti
• qadın və qızların oğurlanması da daxil olmaqla gender əlaməti əsasında baş verən insan hüquqları pozuntuları ilə mübarizə üçün tədbirlər

Çərşənbə, 29 aprel 2009

• 1647 (2009) saylı qətnamənin icrası üçün Gürcüstan və Rusiya tərəfindən görülmüş tədbirlər
• Parlamentarilər həmçinin Gürcüstanla Rusiya arasındakı müharibənin humanitar nəticələri: 1648 (2009) saylı qətnamənin icrası üçün görülmüş tədbirlər
• Moldovada demokratik təsisatların fəaliyyətinə dair mümkün təcili debatlar
• Nazirlər Komitəsinin Parlament Assambleyasına müraciəti; müraciət İspaniyanın xaric işlər və əməkdaşlıq naziri Migel Anhel Moratinos tərəfindən təqdim ediləcək

Cümə axşamı, 30 aprel 2009

• Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin 2008-ci ildəki fəaliyyətinə dair illik hesabatı və bəyanatı
• Mümkün təcili debatlar: İnsan hüquqları haqqında Avropa Konvensiyasının 14 saylı Protokolunun layihəsinə dair rəy
• İspaniyanın baş naziri Xose Luis Rodriges Sapateronun çıxışı
• Ərzaq və yanacaq ehtiyatının artırılması
# 668

Oxşar yazılar