“KİV haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzalandı
Azərbaycan Prezidenti İlham Əliyev “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında fərman imzalayıb.
Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fərmanda Nazirlər Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
Bu fərmanla müəyyən edilir ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

849