Dövlət Bağçalı: “Yerinə canlı sərhəd hörərik, sərhədin açılmasına imkan vermərik”
Azərbaycan ictimai sektorunun təmsilçiləri Türkiyədə AKP-çi millət vəkillərilə də görüşəcək
Azərbaycan ictimai sektorunun təmsilçiləri Türkiyədə görüşlərini davam etdirir. Nümayəndə heyətinin üzvü, “Azəri-Türk” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı Lent.az-a telefonla son görüşlər barədə məlumat verib. O, bir neçə qəzetdə, o cümlədən “Tərcüman”, “Haber Türk” “Tərcüman” qəzetlərində görüşlər keçirdiklərini deyib: “Həmçinin Demokratik Sol Partiyasından (DSP) olan miillət vəkillərilə görüş keçirdik. “Flash” televiziyasında çıxış etdik. Milliyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkillərilə və partiyanın sədri Dövlət Bağçalı ilə görüşdük. Türkiyə Böyük Millət Məclisində (TBMM) müxtəlif partiyaları təmsil edən millət vəkillərilə görüşümüz oldu. TBMM-in sədri Göksal Toptan da bizi qəbul etdi. Bütün görüşlərimiz yüksək səviyyədə keçir. Kimlərlə görüşmüşüksə hamısı “Azərbaycanın razılığı olmasa belə bir məsələ gündəmə gələ bilməz, Türkiyənin Ermənistanla sərhədi açıla bilməz“ deyir. Ən yaddaqalan görüş TBMM-in sədri Göksal Toptanla keçdi. O çox qəti halda dedi ki, “Böyük Millət Məclisində bir nəfər də olsun tapılmaz ki, Azərbaycanla Türkiyənin arasının açılmasını istəyir. Bu iki qardaş dövlətin bir-birinə qarşı olmasını heç bir TBMM üzvü olan millət vəkili istəməz”.
MHP lideri Dövlət Bağçalı isə bizimlə görüşündə dedi ki, “hətta Siz Dağlıq Qarabağı güzəştə getsəniz də biz güzəştə getmərik. Dağlıq Qarabağ məsələsində heç nəyə güzəştə getmərik, sona qədər Azərbaycanın yanındayıq. Heç kəs o sərhədi Qarabağ məsələsi həll olunmadan aça bilməz. Biz yerinə canlı sərhəd hörərik, ancaq sərhədin açılmasına imkan vermərik”. Dövlət Bağçalı belə bir mesaj verdi”.
Azərbaycan ictimai sektorunun təmsilçiləri buna qədər Cühmhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal da daxil olmaqla bir sıra şəxslərlə görüşüblər.
Azərbaycan nümayəndə heyəti bu gün hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkillərilə görüş keçirəcək. Bununla da Azərbaycan ictimai sektorunun təmsilçilərinin Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı ilə əlaqədar ölkə ictimaiyyətinin mövqeyini və yaranmış narahatlığı onların diqqətinə çatdırmaq məqsədilə Türkiyəyə aprelin 10-da başlanmış səfəri başa çatacaq. Belə ki, nümayəndə heyəti üzvlərindən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev və Azərbaycan QHT Forumunun sədri Rauf Zeyni bu gecə Bakıya dönəcəklər. Tənzilə Rüstəmxanlı isə bu bu gecə Azərbaycandan gedən xanım millət vəkillərindən ibarət nümayəndə heyətini qarşılayacaq. Xanımlardan ibarət nümayəndə heyəti Bakıya aprelin 17-də dönəcək.
Pərvin ABBASOV

1020