Azərbaycan QHT nümayəndə heyəti Ankaraya gedib
Türkiyə-Ermənistan sərhədləri ilə bağlı məsələni müzakirə edəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdan ibarət nümayəndə heyəti aprelin 10-da Türkiyəyə səfərə getdiblər. Bu barədə Lent.az-a Çuranın mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Əlaqələr və Strateji Analizlər Mərkəzinin “Türkiyə-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti” mövzusunda təşkil etdiyi konfransda iştirak edəcək.
Aprelin 15-dək davam edəcək səfərdə Azərbaycan ictimai sektorunun təmsilçiləri Türkiyənin dövlət və hökumət rəsmiləri, siyasi partiyaların liderləri, millət vəkilləri, qeyri-hökumət təşkilatları və media mənsubları ilə görüşəcək, Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı ilə əlaqədar ölkə ictimaiyyətinin mövqeyini və yaranmış narahatlığı onların diqqətinə çatdıracaq.

821