Mətbuat Şurası prezidentə təşəkkür məktubu göndərdi
“Jurnalist həbsindən ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələrin sui-istifadə cəhdlərinin qarşısına da sipər çəkildi”
Azərbaycan Mətbuat Şurası “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Bu barədə Lent.az-a Şuradan bildirilib. A.Mərzilinin azadlığa buraxılmasına kömək göstərilməsi üçün MŞ-nin dövlət başçısına ünvanladığı 8 aprel 2009-cu il tarixli müraciətdən bəhs edən məktubda bildirilir ki, sənədə operativ və həssas münasibətin göstərilməsi ölkədə söz, fikir və məlumat azadlıqlarına ciddi yanaşılmasının nümunəsidir: “Biz də Sizin məsələyə münasibətinizi ifadə edən açıqlamanızdakı bu fikirlərlə bir daha həmrəyimizi bildiririk ki, jurnalistlərlə bağlı ziddiyyətli məqamlarda problemlərin həlli üçün daha effektiv, beynəlxalq praktikada qəbul olunmuş münasib vasitələr mövcuddur”.
Məktubda hadisənin ziddiyyətli tərəflər üçün bir növ, ibrət götürüləcək dərs olduğu vurğulanır. Qeyd olunur ki, həm sözə, fakta məsuliyyətlə, həm də jurnalistin peşə fəaliyyətinə dözümlü yanaşılmalıdır. “Sizin mövqeyiniz bunu bir daha təsdiqləyən və cəmiyyətə ünvanlanan yeni mesaj oldu. Təbiidir ki, jurnalist həbsindən ölkənin beynəlxalq imicinə zərbə vurmaq istəyən qüvvələrin sui-istifadə cəhdlərinin qarşısına da sipər çəkildi” – deyə, Mətbuat Şurasının məktubunda qeyd olunub.
Pərvin ABBASOV

Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30