Həmsədrlər Tərtərdə qoşunların təmas xəttində olublar
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Porov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) cəbhənin Tərtər istiqamətində qoşunların təmas xəttində monitorinqin keçirildiyi əraziyə gediblər.
APA-nın Qarabağ bürosunun məlumatına görə, diplomatlar bu gün səhər Bərdə rayonuna gəliblər.
Bərdə rayon İcra Hakimiyyətində keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən Bernar Fasie bildirib ki, səfərin yekununa dair bəyanatla çıxış edəcəklər: “Mən öz rəhbərliyimiz adından və üç həmsədr adından sizə demək istəyirəm ki, Azərbaycanın tanımadığımız bölgəsinə ilk səfər, burada yerli idarəetmə orqanlarının rəhbərləri ilə görüş və bölgədəki vəziyyət haqda onların özlərindən məlumat almaq bizim üçün çox maraqlı oldu. Biz burada məcburi köçkünlər haqda, bölgədəki situasiya barədə və rayondakı yaşayış tərzi ilə bağlı, həm də bizim missiyamızı əhatə edən dəyərli məlumatlar aldıq. Sizə deməliyəm ki, hələlik heç bir şərh verə bilmirik. Ona görə ki, bu hələlik bizim missiyamızın birinci mərhələsidir. İki-üç gündən sonra səfərimizin sonunda Azərbaycan, Ermənistanda görüşlərimizin bütün aspektləri barədə ətraflı və şərhsiz məlumat verəcəyik”.
Xatırladaq ki, monitorinq zamanı həmsədrlərin təmas xəttinin qarşı tərəfinə keçməsi nəzərdə tutulub. ATƏT-in Mİnsk Qrupunun həmsədrləri bu gün Xankəndində, sabah isə İrəvanda görüşlər keçirəcəklər.

669