
Həmsədrlər qoşunların təmas xəttinin qarşı tərəfinə keçiblər
APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdərə istiqamətində qoşunların təmas xəttinin qarşı tərəfinə keçən həmsədrlər oradan Xankəndinə gedəcəklər. Həmsədrlərin bu gün Xankəndində, sabah İsə İrəvanda görüşləri nəzərdə tutulur. Fransalı həmsədr Bernar Fasie səfərin yekunları ilə bağlı birgə bəyanatın yayımlanacağını bildirib. Xatırladaq ki, həmsədrlər dünən Bakıda Azərbaycan prezidenti, xarici işlər naziri və “Dağlıq Qarabağın azərbaycanlı imzası” İctimai Birliyinin rəhbərləri ilə görüşlər keçiriblər. Bu gün isə vasitəçilər Bərdə rayon icra hakimiyyətində olub, bölgədəki vəziyyətlə bağlı məlumat alıblar. Bernar Fasie jurnalistlərə açıqlamasında ilkin mənbədən aldıqları məlumatların çox maraqlı olduğunu bildirib.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29