Fazil Mustafa, Qüdrət Həsənquliyev və İlyas İsmayılov seçki dairələrini dəyişə bilərlər
07 sentyabr 2010 17:43 (UTC +04:00)

Fazil Mustafa, Qüdrət Həsənquliyev və İlyas İsmayılov seçki dairələrini dəyişə bilərlər

Sabah “İslahat” Seçki Blokunda bir araya gələn Böyük Quruluş (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) və Ədalət partiyalarının sədrlərinin görüşü olacaq.


BQP sədri Fazil Mustafanın Lent.az-a verdiyi məlumata görə, bu görüşdə “İslahat” Seçki Blokunun səlahiyyətli nümayəndələri müəyyənləşdiriləcək.


Daha sonra hər partiya öz Məclisini keçirib, bu nümayəndələri təsdiqləyəcək. Blokun sənədləri bu həftənin sonuna qədər Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Onun sözlərinə görə, seçki dairələrindən irəli sürüləcək namizədlər blokdakı 3 partiya arasında razılaşdırılıb, hər hansı problem yoxdur: “Ümumilikdə, 110 dairədən namizədimiz olacaq”.


Fazil Mustafa blokdakı partiyaların sədrlərinin bundan öncə deputat seçildikləri dairələrdən namizədliklərini verib-verməyəcəyinin hələ dəqiqləşmədiyini də söyləyib: “Ola bilər ki, dəyişiklik oldu. Mənim də seçki dairəm dəyişə bilər. Müzakirələr gedir. Hansı dairədən daha şanslıyıq, o dairələrdən namizədliyimizi verməyi nəzərdə tuta bilərik”.

Qeyd edək ki, 2005-ci ildə keçirilən parlament seçkilərində Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsindən, BAXCP sədri Qüdrət Həsənquliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən. Ədalət Partiyasının sədri İlyas İsmayılov 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən millət vəkili seçiliblər.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar