Təşviqat kampaniyası 4 milyondan çox seçicini əhatə edib
Vətəndaşlarla 7 minədək görüş keçirilib
Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair 2009-cu il martın 18-ə təyin edilmiş referendumla bağlı maarifləndirmə və təşviqat kampaniyası barədə məlumat yayıb. MSK mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Seçki Məcəlləsinə uyğun olaraq, referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaq üçün MSK-da 9, dairə seçki komissiyalarında isə 124 təşviqat qrupu qeydə alınıb. Həmin qruplar imzatoplama kampaniyası dövründə aktiv seçki hüququ olan 600 mindən çox vətəndaşı əhatə edərək referendumqabağı təşviqat prosesinə cəlb ediblər.
Təşviqat qrupları Konstitusiyaya əlavə və dəyişikliklərin lehinə və ya əleyhinə səs verməyə çağıran 180 minədək plakat və 400 minə yaxın digər çap materialları hazırlayıb, onları bütün dairə və məntəqə seçki komissiyalarının ərazilərində ayrılmış yerlərdə asmaqla və digər üsullarla yayıblar.
Təşviqat qruplarına ölkənin şəhər və rayonlarında 2478-i açıq, 2065-i qapalı olmaqla cəmi 4543 yer ayrılıb. 27 günlük təşviqat kampaniyası müddətində referendum subyektləri həmin yerlərdə vətəndaşlarla 7 minədək görüş keçirib.
Referendumqabağı təşviqat kampaniyası dövründə təşviqat qrupları televiziya, radio və mətbuatda çıxışlar etmək, plakatları və digər çap materiallarını yaymaq, kütləvi tədbirlər, o cümlədən yığıncaqlar, vətəndaşlarla görüşlər və müzakirələr keçirmək yolu ilə 4 milyondan çox seçicini əhatə edə bilib.
Pərvin ABBASOV

1174