Amnistiya aktı qəbul olundu
Azərbaycan Milli Məclisi “Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsini qəbul edib.
APA-nın xəbərinə görə, qərarın qəbul olunmasının lehinə 111, əleyhinə 1 millət vəkili səs verib. Amnistiya Aktını parlamentə MM-in Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının sədri Əli Hüseynov təqdim edib. Daha sonra layihənin təşəbbüskarı millət vəkili Mehriban Əliyeva çıxış edib.
Qərarda qeyd olunub ki, böyük ictimai təhlükə törətməyən, az ağır bir sıra cinayətə görə məhkum edilən qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, I və II qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan və ya I və II qrup əlil övladı olan şəxslər və digər kateqoriyadan olanlar azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
Bundan başqa, amnistiyanın azadlıqdan məhrum edilmiş və cəzasının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzasının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan məhkumlara tətbiq edilməklə onlar cəzadan azad ediləcəklər. Təqribən 9 min şəxsə amnistiya şamil ediləcək. Onlardan 1700-dək məhkum azad olunacaq.
Qərarda, həmçinin, cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, ağır və xüsusilə ağır cinayətlər, habelə xüsusilə təhlükəli residiv yaradan cinayətlər törətmiş və bəzi digər məhkumlar barəsində amnistiyanın tətbiq edilməsində məhdudiyyətlərin müəyyən edilməsi qeyd edilib.
Amnistiya Aktı Cinayət Məcəlləsinin 15.4, 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusi ağır, həmçinin, 101, 115.1, 119.1, 122.2, 124.2, 125, 127.2, 133.1, 133.2, 136.3, 137, 138.2, 138.4, 139.2, 140.2, 140.4, 141.4, 144-2.2, 145.2, 146.2, 150.1, 151, 152, 159.4, 162.2, 170.1, 170.2, 171.1, 172, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 189-1.4, 192.2, 193-1.1, 194.2, 195.2, 196.2, 199.3, 200.4, 200-1.3, 201.2, 204.1, 205, 206.1, 206.2, 208, 213.2 (“Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli, 357-IIIQD nömrəli qanunu ilə verilmiş redaksiyada), 213-1.2, 220.2, 221.2, 221.3, 222.2, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233-1.1, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1, 240.2, 243.2, 244.2, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 256.3, 258.3, 259.2, 260.2, 262.2, 263.2, 265.2, 266.2, 267.3, 268.2, 272.2, 281.1, 283, 285, 288.1, 288.3, 290, 291, 292.2, 293.1, 294.2, 294.3, 295.1, 296.2, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 304, 306, 307.3, 309.2, 312.1, 312-1, 314.2, 314-2.2, 314-3.2, 314-3.3, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 317-2.2, 318.2, 319.2, 321.2, 323, 324, 328.2, 330.2, 331.3, 332.2. 333.4, 333.5, 334.1, 335.2, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 2006-cı il 7 aprel tarixli, 92-III QD nömrəli Azərbaycan Respublikasının qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 216, 308.2 və 311.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslərə şamil edilmir.
Qərarda bildirilib ki, qəsdən törədilmiş cinayətlər üzrə ümumi miqdarı əlli min manatdan artıq olan məbləğdə ziyan vurmuş şəxslər; maddi ziyanı tam ödəməmiş şəxslər; xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunan şəxslər; 1991-ci ilin oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad olunan və yenidən qəsdən cinayət törədən şəxslər; cəzaçəkmə müəssisələrində, intizam xarakterli hərbi hissədə və ya xüsusi müəssisələrdə cəza çəkərkən qəsdən cinayət törətmiş şəxslər, habelə bir neçə cinayətə görə məhkum edilən şəxslərin törətdiyi cinayətlərdən biri bu qərarın təsiri altına düşmürsə, bu qərarın 2-4-cü bəndlərində göstərilən şəxslərə amnistiya tətbiq olunmur.
Amnistiyanın tətbiqinə gəlincə, qeyd olunub ki, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” 1994-cü il 24 fevral tarixli, 793 nömrəli qanununda nəzərdə tutulan şəxslər barəsində amnistiya tətbiq edilmir. Amnistiya bu qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Bu qərar başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum edilmiş və cəzasını Azərbaycanda çəkən şəxslərə də şamil edilir. Bu qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində tətbiq olunur.

4180