DİN referendumla bağlı xüsusi tədbirlər planı hazırlayıb
Azərbaycanda martın 18-də keçiriləcək referendumla bağlı Daxili İşlər Nazirliyində (DİN) xüsusi tədbirlər planı hazırlanıb.
DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya bildirib ki, ölkədə keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar asayişin mühafizəsi, ictimai qayda və təhlükəsizliyin təmin edilməsinə dair hazırlanmış tədbirlər planı nazir Ramil Usubov tərəfindən təsdiqlənib. Tədbirlər planına əsasən, Daxili İşlər Nazirliyinin bütün orqan və hissələri martın 17-dən 20-dək gücləndirilmiş iş rejimində çalışacaq.
S. Gözəlov bununla belə, səsvermə hüququna malik vətəndaşların siyahısının dəqiqləşdirilməsi, onların şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilməsi, habelə ölkədə qeydiyyatda olan, lakin respublikadan kənarda yaşayan şəxslərin, eləcə də son vaxtlar qeydiyyatdan çıxaraq yaşamaq və işləmək üçün digər ölkələrə gedən şəxslərin siyahısının hazırlanması prosesinin tədbirlər planına uyğun olaraq fevralın 21-də başa çatdırıldığını söyləyib. Tədbirlər planında, həmçinin, seçkiyədək ölkədə olan qeyri-leqal miqrantların respublikadan çıxarılması, martın 17-dək isə 18 yaşı tamam olaraq səsvermə hüququ əldə edən gənclərin şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi barədə göstəriş əksini tapıb.
Seçki kompaniyası ərəfəsində və ondan sonra qanunsuz kütləvi aksiyaların qarşısının qətiyyətlə alınmasının tədbirlər planında qeyd olunduğunu vurğulayan S. Gözəlov seçkiyə start verilənədək səsvermə bülletenlərinin mühafizəsinin gücləndirilməsi, səsvermə başa çatdıqdan sonra isə onların məntəqələrdən Dairə Seçki Komissiyalarına, oradan da Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəsizlik qaydalarının və mühafizə işinin tam təmin ediləcəyini bildirib.
Bundan başqa, ölkədə keçiriləcək referendumla əlaqədar müşahidə missiyasını yerinə yetirmək üçün respublikaya gələn xarici ölkə vətəndaşlarının da təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılacaq.
S. Gözəlov referendum günü səsvermə halları istisna olmaqla, polis əməkdaşlarının səsvermə məntəqəsinə yalnız xüsusi geyim formasında və referendum komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədi ilə gəlməsinə icazə verildiyini söyləyib: “İctimai qayda bərpa olunduqdan sonra isə polis əməkdaşları dərhal məntəqədən çıxarılacaq”.

1015