Oqtay Əsədov hökumətin hesabatından razıdır
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan hökumətinin 2008-ci ildəki fəaliyyəti ilə bağlı parlamentə təqdim etdiyi hesabat müzakirə olunub.
«APA-ECONOMICS»in məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov hökumətin hesabatının ətraflı, dəqiq hazırlandığını bildirib. Spiker hesabatda sosial-iqtisadi, mili təhlükəsizlik, mülki müdafiə və digər sahələrlə bağlı aparılan təhlillərin əks olunduğunu vurğulayıb.
O.Əsədov qeyri-neft sektorunun inkişaf tempinin neft sektorunun inkişaf tempini üstələdiyini qeyd edib: «Ötən il maliyyə böhranı dünyada pik həddə çatsa da, Azərbaycana cüzi təsir göstərib. Ötən il dövlət büdcəsinin gəlirləri əvvəlki illərlə müqayisədə 80% artıb».
Spikerin çıxışından sonra baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətin hesabatını təqdim edib. Y.Eyyubov bildirib ki, ötən il əsas diqqət sosial məsələlərə yönəldilib. Bunun nəticəsində orta aylıq əmək haqqı 268 manata, əmək pensiyalarının orta aylıq məbləği isə 96 manata çatdırılıb. Bütün sahələrdə çalışan vətəndaşların əmək haqları artırılıb, ünvanlı sosial müavinət alanların sayı 700 mini keçib, məcburi köçkünlər üçün son 5 ildə 36 qəsəbə salınıb.
«Ötən 5 ildə yoxsulluq səviyyəsi 3-4 dəfə azalaraq 2008-ci ildə 13,2%-ə düşüb. Son 5 ildə əksər rayonlarda iqtisadi artım 2 dəfədən, bəzilərində isə 2,5 dəfədən çox olub», - deyə Y.Eyyubov vurğulayıb.
Baş nazirin birinci müavini daha çox son 5 ilin göstəricilərinin müqayisəsinə diqqət yetirib. Y.Eyyubov bildirib ki, 2003-cü ildən 2008-ci ilədək dövlət büdcəsi 10 dəfədən çox, səhiyyə sektoruna büdcədən yönəldilmiş vəsaitlər 6,3 dəfə, kənd təsərrüfatı və meşə təsərrüfatına 5,2 dəfə, təhsil sektoruna 4,8 dəfə, sosial müdafiə və sosial təminata 3,9 dəfə, idman, bədən tərbiyəsinə 4,5 dəfə, müdafiə sektoruna ayrılan vəsaitlər isə 9,7 dəfə artıb.
Hökumətin hesabatından məlum olub ki, bu dövrdə Azərbaycan banklarının aktivləri 53%, kapitalları 47,8%, əhalinin banklardakı əmanətləri isə 29,6% artıb. Ölkənin strateji valyuta ehtiyatları 2009-cu ilin əvvəlinə 18 mlrd. ABŞ dolları təşkil edib. Ötən il ərzində valyuta ehtiyatlarının idarə olunmasından 412 mln. dollar məbləğində gəlir əldə olunub.
Hesabatda qeyd olunub ki, ötən 5 ildə Azərbaycanda neft hasilatı 2,9 dəfə, qaz hasilatı 3 dəfədən çox artıb, ölkənin qazlaşdırılması 85% təşkil edib. Bu dövrdə ümumi gücü 750 MVt təşkil edən 6 yeni elektrik stansiyası istismara verilib, enerji istehsalı 24,3% artıb. Nəqliyyat sektorunda həyata keçirilən tikinti və yenidənqurma layihələrinə 2,4 mlrd. manatdan, telekommunikasiya sektoruna isə 775,4 mln. manatdan çox vəsait sərf olunub.
Qeyd edək ki, hökumətin hesabatı deputatların müzakirəsinə təqdim olunub. Günün ikinci yarısında müzakirələr davam etdiriləcək.

1212