“Qarabağ” seçkiyə aypara və xarı bülbüllə gedəcək
Bu gün “Qarabağ” Seçki Blokunun hər partiyadan 5 nəfər olmaqla, 15 səlahiyyətli nümayəndəsi müəyyənləşib.
Ümid Partiyasının Adi Məclis sədri Ənvər Ağazadənin Lent.az-a verdiyi məlumata görə, səlahiyyətli şəxslər blok adından sənədlərə imza atacaqlar.
“Qarabağ” Seçki Blokunun emblemi də bu gün müzakirə olunub. Emblem aypara, ayparanın içərisində yalnız Şuşada Cıdır düzündə bitən xarı bülbülün simvolu, ayparanın üzərində böyük hərflərlə yazılmış “Qarabağ” sözündən ibarətdir. Ənvər Ağazadə sabah blokun İşçi Qrupunun iclasında da böyük ehtimalla, məhz bu emblemin təsdiqlənəcəyini söyləyib.
O, blokun sənədlərinin sabah Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini də bildirib. Hələ Ümid Partiyası, Demokrat Partiyası və Aydınlar Partiyası arasında vahid namizədin razılaşdırılmadığı 5 seçki dairəsi ilə bağlı müzakirələr isə davam edir.
Ramiz

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29