Rüstəmxanlı Mollazadənin hansı dairədən namizəd olacağını bilmir
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)sədri Sabir Rüstəmxanlı və Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə arasında “Demokratiya” Seçki Blokunu yaratmaq barədə saziş imzalanacaq.
Sabir Rüstəmxanlı Lent.az-a açıqlamasında deyib ki, parlament seçkilərində birgə iştiraka qərar verən bu iki partiyanın vahid namizədlər siyahısı hələ müəyyənləşdirilməyib, bununla bağlı müzakirələr aparılacaq.
VHP sədri partiyasının parlament seçkilərində iştirak etmək istəyən 70-ə yaxın namizədi olduğunu söyləyib: “Ümumilikdə, iki partiyanın namizədlərinin sayı 100-dən çoxdur”.
Bu parlament seçkilərində də 2005-ci ildə millət vəkili seçildiyi 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürəcək Sabir Rüstəmxanlı Asim Mollazadənin hansı dairədən namizəd olmaq istəyindən xəbərsizdir: “Asim bəylə hələ bu barədə danışmamışıq”.
Sabir Rüstəmxanlı onu da bildirib ki, parlamentdən kənar partiyalar seçki bloklarında birləşdiyi üçün parlamentdə təmsil olunan partiyalarla blok yaratmaq qərarına gəliblər: “Bu səbəbdən də VHP və DİP-in bir blokda birləşməsinə qərar verdik”.
Asim Mollazadə isə Lent.az-a açıqlamasında qeyd edib ki, dairələr üzrə blokun namizədlərinin müəyyənləşdirilməsi dəqiqləşmək üzrədir: “Ümumi siyahılar bizdə də, VHP-də də var. Dəqiqləşdirmələr aparacağıq. Şəxsən mənə gəlincə, seçki dairəmi dəyişməyəcəm və 2005-ci ildə millət vəkili seçildiyi 22 saylı Nəsimi ikinci seçki dairəsindən yenə də namizədliyini irəli sürəcəm”.
DİP sədri Demokratik Seçki Blokuna qoşulmaq istəyən partiyaların olduğunu söyləsə də, onların adlarını açıqlamaq istəmir və tələsməməyi məqbul sayır.

650