Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmadı
Müsavat Partiyasının Məclis üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas partiyadan xaric olunmayıb. Lent.az-ın verdiyi məlumata görə, Məclis üzvlərinin 26-sı Tapdıq Abbasın partiyadan xaric olunmasının lehinə, 27-i əleyhinə səs verib, 6-sı isə bitərəf qalıb.
Partiyadan xaric edilmə üçün Məclis üzvlərinin 50 faiz +1 səsi lazım olduğundan, Tapdıq Abbas bu aqibətdən qurtulub. Ancaq bununla belə, Tapdıq Abbasa töhmət verilib.
Qeyd edək ki, bu gün Məclisin iclası başlayarkən partiya üzvlərindən bir neçəsi Məclis üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın Müsavatdan çıxarılması məsələsinin gündəliyə salınmasında israr edib. Onlar Tapdıq Abbasın Milli Mətbuat Günü ərəfəsində Fəxri Xiyabanda Heydər Əliyevin abidəsinin ziyarət olunması mərasimində iştirak etməsini səbəb göstəriblər. İclas qalmaqallı keçib.
Tapdıq Abbas 2005-ci il parlament seçkilərində Müsavat, AXCP və ADP-nin bir araya gəldiyi “Azadlıq” Seçki Blokunun 81 saylı Beyləqan Seçki Dairəsindən vahid namizədi olub. Bu seçkilərdə isə Müsavat-AXCP blokunun eyni dairədən namizədi olması nəzərdə tutulmuşdu. Ancaq bu gün keçirilən Məclisdə onun adı namizədlər siyahısından çıxarılıb.
Ramiz

Oxşar yazılar

İrandakı səfirliyimizin əməkdaşları və ailə üzvləri Azərbaycana gətirilib
16 iyun 2025 , 12:55
İsrail Ayətullah Əli Xamneyini öldürməyi planlaşdırırmı? Yeni TƏFƏRRÜATLAR
16 iyun 2025 , 11:04
Pənah Hüseyn partiya sədrliyindən istefa verib? - AÇIQLAMA -YENİLƏNİB
16 iyun 2025 , 10:40
Daha 36 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilə bilər - SİYAHI
16 iyun 2025 , 09:57
Biz Türkiyə mediasından bunu gözləmirdik! – RƏSMİLƏR NİYƏ SUSUR?
15 iyun 2025 , 18:11
15 iyun - Gələcəyə gedən yol - APA TV
15 iyun 2025 , 13:40
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
15 iyun 2025 , 00:01