“Qarabağ”  Seçki Bloku rəsmən elan edildi
04 sentyabr 2010 16:37 (UTC +04:00)

“Qarabağ” Seçki Bloku rəsmən elan edildi

Bu gün Ümid Partiyası, ADP və Aydınlar Partiyasının bir araya gəldiyi “Qarabağ” Seçki Bloku rəsmən elan edilib. Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadənin Lent.az-a verdiyi məlumata görə, blokun yaradılması barədə sazişi Ümid Partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli imzalayıblar.

İmzalanma mərasimi ADP-nin mərkəzi qərargahında olub.

“Qarabağ” Seçki Bloku qarşıdan gələn parlament seçkilərində 100 namizədlə iştirak etməyə hazırlaşır. Bu günə qədər 95 dairə üzrə vahid namizəd razılaşdırılıb. Namizədlərin 53-ü Ümid Partiyasının, 31-i ADP-nin, 11-i isə Aydınlar Partiyasının üzvləridir. 5 dairə üzrə isə namizədlərin razılaşdırılması hələ mümkün olmayıb: “Əsas mübahisə 36 saylı Xətai Seçki Dairəsi ilə bağlıdır. Blokun İşçi Qrupunun gələn həftənin bazar ertəsi keçiriləcək iclasında bu dairələrlə bağlı problemləri də həll edəcəyik və blokun 5 dairə üzrə də vahid namizədi olacaq”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar