Əvəz Temirxan: “İsa Qəmbər bizə düşmən münasibət bəsləyir”
Azərbaycan Liberal Partiyası (ALP) və Vətəndaş və İnkişaf Partiyasının (VİP) yaratdığı İnsan Naminə Seçki Bloku artıq parlament seçkilərində iştirak edəcək 78 vahid namizədini müəyyənləşdirib. Bunu Lent.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan söyləyib. Hər iki partiya bu seçkilərdə eyni sayda namizədlə çıxış edəcək və hazırda müəyyənləşmiş 78 namizədlərin də yarısı ALP, yarısı da VİP üzvləridir.
Partiya liderlərin də artıq seçimi məlumdur. Liberalların lideri Lalə Şövkət öncədən də bəyan etdiyi kimi parlament seçkilərində iştirak etməyəcək. Ötən parlament seçkilərində Lalə Şövkətin qələbə qazanaraq millət vəkili seçildiyi 17 saylı Yasamal Seçki Dairəsindən bu dəfə VİP sədri Əli Əliyev blokun namizədi olacaq. ALP sədri Əvəz Temirxan isə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində mübarizə aparacaq.
Əvəz Temirxan onu da bildirib ki, onlar ən azı müxalif partiyaların birinci şəxslərinin mübarizə aparacaqları dairələrdə qarşılıqlı razılaşmanı məqbul sayıblar: “Ancaq bu gün biz bunu görmürük. Məsələn, Müsavat-AXCP bloku Əli Əliyevin namizəd olduğu dairədən Qənimət Zahidin namizədliyini müdafiə etdiyini bəyan edib. Mənim mübarizə aparacağım 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində də onlar namizədləri olacaqlarını söyləyirlər. Belə olduğu halda bizim güzəştli mövqe tutmağımız doğru olmazdı”.
ALP sədri onu da vurğulayıb ki, xüsusən Müsavat Partiyasının başqanı İsa Qəmbər onlara qarşı düşmən münasibət bəsləyir: “Ancaq buna baxmayaraq, partiyaların 1-ci şəxslərin namizədliklərini irəli sürdükləri dairələrlə bağlı müzakirələrə hazırıq”.
Ramiz

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29