Müsavat Partiyası Məclisində dava
Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilir. Lent.az-ın məlumatına görə, partiyanın Məclisi qalmaqalla başlayıb.
Məclisdə parlament seçkilərinə hazırlıq, deputatlığa namizədlərin təsdiqlənməsi məsələləri müzakirə edilib. Məclis başlayarkən partiya üzvlərindən bir neçəsi Məclis üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın Müsavatdan çıxarılması məsələsinin gündəliyə salınmasında israr edib. Onlar Tapdıq Abbasın Milli Mətbuat Günü ərəfəsində Fəxri Xiyabanda Heydər Əliyevin abidəsinin ziyarət olunması mərasimində iştirak etməsini səbəb göstəriblər.
Ciddi müzakirələrdən sonra təklif gündəliyə salınıb.
Bundan əlavə, Məclis öz işinə başlayan zaman partiyanın iki üzvü arasında dava düşüb. Partiya üzvləri bir-birini küçə söyüşləri ilə təhqir edib. Onlardan biri iclas zalından çıxarılıb.
Toplantı davam edir.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07