“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu artırmalıdır”
04 sentyabr 2010 13:46 (UTC +04:00)

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu artırmalıdır”

APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisi sədrinin I müavini Ziyafət Əsgərov deyib.

Z. Əsgərov bildirib ki, Azərbaycan və Rusiya arasında sərhəd məsələsində müəyyən çətinliklər yaranmışdı: “Hər iki dövlətin prezidentinin bu sahədə göstərdiyi səylər bu məsələyə nöqtə qoydu. Samur sayından Rusiya və Azərbaycanın birgə istifadə etməsi, bütövlükdə sərhəd məsələsindəki çətinliyə nöqtə qoyulması baxımından bu səfərin böyük əhəmiyyəti var”.

Vitse-spiker qeyd edib ki, səfər zamanı Dmitri Medvedev Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələdə Rusiyanın mövqeyini bir daha bəyan edib: “Rusiya bundan sonra Minsk Qrupunun həmsədri, eləcə də keçmiş SSRİ-nin xələfi kimi bu məsələnin həllində öz rolunu artırmalıdır. Çünki Dağlıq Qarabağ problemi Azərbaycana SSRİ dövründən miras qalıb, Rusiya isə SSRİ-nin hüquqi varisidir. Ümid edirəm ki, Medvedevin Bakıda söylədiyi sözləri əməlində də görə biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar