
NATO Dağlıq Qarabağ münaqişəsini müzakirə edə bilər
NATO Parlament Assambleyasının prezidenti cənab Con Tanner Dağlıq Qarabağ münaqişəsi məsələsinin qurumun payız sessiyasında qaldırılacağına söz verib”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov verib. O qurumun yaz sessiyasında “NATO Parlament Assambleyasının prezidenti ilə görüşdüyünü cbildirib: “Cənab Tannerə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan bütün sənədlər təqdim olunub. Con Tayner bu məsələni NATO Parlament Assambleyasının payız sessiyasında qaldıracağına söz verib. Ermənistan bu faktı böyük narahatlıqla qarşılayıb. Sentyabrın 9-da Azərbaycanın təşəbbüsü ilə BMT-də də bu məsələyə baxılacaq. NATO nüfuzlu hərbi-siyasi təşkilat kimi bu məsələyə öz münasibətini bildirməlidir”. Ziyafət Əsgərov Azərbaycanın haqq işinin bu dəfə də qalib gələcəyinə inandığını bildirib: “Ən azı BMT-də yeni dəstək əldə edəcəyik. Bu, əlbəttə, Ermənistanı bir daha fikirləşməyə vadar edəcək. Arzu edərdim ki, Ermənistan rəhbərliyi ağlını başına toplasın. Belə vəziyyət uzun müddət davam edə bilməz”.
Oxşar yazılar

İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16