Erməni lobbisi Metyu Brayzanın səfir təyinatının əleyhinə görüşlərə başlayıb
Amerika Erməni Milli Komitəsinin üzvü olan bir qrup erməni Nevadada senator Con Enzaynla (John Ensign) görüşərək Metyu Brayzanın Azərbaycan səfir vəzifəsinə təyin olunmasına qarşı çıxıblar. Onlar senatoru inandırmağa çalışıblar ki, Metyu Brayza ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmamalıdır. Bu barədə APA-nın Vaşinqton müxbirinə Azərbaycan diasporundan bildirilib.
“Onlar bütün senator və konqresmenlərlə görüşüb onları inandırmaq niyyətindədirlər. Lakin xoşbəxtlikdən çoxları başa düşür ki, bu sadəcə olaraq erməni təbliğatıdır”. Bu açıqlamanı APA-ya Nevadadakı Azərbaycan diasporunun nümayəndəsi Alim Raxmatov verib.
“Nevada kimi bəzi ştatlarda erməni diasporu uzun illərdir fəaliyyət göstərdiyinə görə burada ermənilərin mövqeləri güclüdür, lakin biz onların iç üzünü göstərmək üçün əlimizdən gələni edirik”.
Bu görüşdən sonra Azərbaycan diasporu senatorun ofisinə məktub göndərərək ermənilərin əslində nə istədiyini və niyə Metyu Brayzanın Amerikanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini istəmədiklərini izah ediblər.
“Biz bütün ABŞ rəsmilərinin ofislərinə məktub göndərməyə başlamışıq, çünki bizim daha çox dəstəyə ehtiyacımız var” deyən Azərbaycan diasporunun nümayəndəsi Nicat Feyzullayev bildirib ki, Metyu Brayzanın namizədliyi məsələsində türk və yəhudi diasporları ABŞ-dakı azərbaycanlıları dəstəkləyir.

Oxşar yazılar

İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16