Türkiyənin Gəncədə konsulu təyin olunub
Gəncədə fəaliyyət göstərəcək Türkiyə Konsulluğunun rəhbəri Haluk Ağacan şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizova təqdim edilib
Bu gün Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc Gəncəyə səfər edib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, səfir Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Türkiyə və Azərbaycan arasında əlaqələrin əhəmiyyətindən geniş bəhs edilib.
Daha sonra Gəncədə fəaliyyət göstərəcək Türkiyə Konsulluğuna başçılıq edəcək Haluk Ağacan şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizova təqdim edilib. Görüşdə Gəncədə Türkiyənin Konsulluğunun sentyabr ayında fəaliyyətə başlayacağı, ancaq bunun üçün hələlik binanın ayrılmadığı diqqətə çatdırılıb.
Vüsalə Cənnətova

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07