Hüseyn Arabul: “Mənim Azərbaycanda heç kimlə problemim yoxdur”
“Mənim Azərbaycana bir daha gəlmək istəmədiyim, bu ölkəni sevmədiyim barədə deyilənlər yalandan başqa bir şey deyil”.
Bunu Lent.az-a əvvəllər Bakıda fəaliyyət göstərmiş “Barmek” şirkətinin prezidenti, hazırda Türkiyədə yaşayan Hüseyn Arabul deyib. H.Arabul Lent.az-a zəng edərək mətbuatda onun barəsində yazılanları təkzib etmək istədiyini bildirib.
“Mənim Azərbaycanda heç kimlə, istər Azərbaycan xalqı, istərsə də dövləti ilə heç bir problemim yoxdur. Guya mənim kitab yazdığım, orada Azərbaycanın əleyhinə ifadələr işlətdiyim qətiyyən doğru deyil. Bu cür məlumatlar kim tərəfindən və hansı məqsədlə yayılır, bilmirəm. Mən Azərbaycanı çox sevirəm”.
Qeyd edək ki, “Azadlıq” qəzetinin 06.07.2010 tarixli sayında “İqtidarı şoka salacaq kitab gəlir” başlıqlı yazıda H.Arabulun yaxın günlərdə Türkiyədə nəşr etdirəcəyi kitabda Azərbaycan haqqında xoşagəlməz ifadələr işlətdiyi bildirilib. Həmin xəbərdə H.Arabulun guya Azərbaycan cənnət olsa belə, bir daha bu ölkəyə ayaq basmaq istəmədiyi yazılıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07