Azərbaycan prezidentinin rəsmi internet saytı yenilənib
Azərbaycan prezidentinin rəsmi internet saytı (www.president.az) yeni tərtibatda fəaliyyətə başlayıb.
APA-nın “AzərTAc”a istinadən yaydığı məlumata görə, saytın strukturu təkmilləşdirilərək yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında çox mükəmməl dizayn hazırlanıb. Saytın baş səhifəsində Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı ən son xəbər və yeniliklər yerləşdirilib. Bununla yanaşı, baş səhifədəki axtarış xidməti vasitəsi ilə müvafiq xəbərləri və imzalanmış sənədləri əldə etmək olar. Baş səhifədə hazırlanmış xüsusi menyu vasitəsilə Azərbaycan Prezidentinin saytından bütün digər mərkəzi dövlət orqanlarının internet səhifələrinə birbaşa keçid etmək mümkündür.
Baş səhifədə edilmiş yenilik vasitəsi ilə Prezident İlham Əliyevin fəaliyyətini Twitter beynəlxalq sosial internet şəbəkəsindən izləmək və YouTube internet videokanalı vasitəsilə bütün video xəbərlər və çıxışlar ilə tanış olmaq mümkündür. Eyni zamanda, istifadəçilər şəxsi elektron poçt vasitəsilə saytın xəbərlərinə abunə ola bilərlər.
Baş səhifədə yerləşdirilmiş xüsusi bannerlər vasitəsilə istifadəçilər Prezident İlham Əliyevin aktual mövzularda çıxışlarının video yazısını izləyə bilərlər. İstifadəçilər, həmçinin banner vasitəsilə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında statistik kitabça ilə tanış olmaq imkanı əldə ediblər. Saytda Azərbaycan haqqında xarici mətbuatda çıxan yazılar əsas səhifədə xüsusi blokda verilib. Baş səhifədə olan “Prezidentə məktub yazmaq” düyməsi ilə vətəndaşlar Azərbaycan Respublikası Prezidentinə elektron məktub yaza bilərlər.
Saytda ən son nailiyyətlər əsasında foto və videoqalereya hazırlanıb. Burada Prezidentin iştirak etdiyi tədbirlərdən fotoşəkillərə istənilən ölçüdə baxmaq və dövlət başçısının nitqlərinin videoyazılarını izləmək mümkündür.
Saytın “Prezident” bölməsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva haqqında ətraflı məlumat almaq mümkündür. Bu bölmədə, həmçinin Prezidentin iş qrafiki ilə yaxından tanış olmaq mümkündür. Saytın bu bölməsində Google şirkətinin dəstəyi ilə Prezidentin səfərlərinin xəritəsi yerləşdirilib. Bu xəritə vasitəsilə istifadəçilər Prezident İlham Əliyevin səfərlərinin coğrafiyası və məzmunu haqqında ətraflı məlumat ala bilərlər.
“Azərbaycan” bölməsində Azərbaycanın tarixi, əhalisi, ərazisi, dövlət rəmzləri və həmçinin Konstitusiya ilə tanış olmaq mümkündür. “Ərazi” bölməsində yerləşdirilmiş Azərbaycanın interaktiv xəritəsi hər bir rayon və şəhər haqqında ətraflı informasiya əldə etməyə imkan verir. Bu bölmədə, eyni zamanda, Azərbaycan təbiətini və ərazisini tərənnüm edən və müntəzəm olaraq yenilənən fotoalbom yerləşdirilib.
Saytın “Administrasiya” bölməsində Administrasiyanın rəhbərliyi, strukturu, Prezident yanında komissiyalar, Administrasiyada vətəndaşların qəbul günləri və s. haqqında ətraflı məlumat əldə etmək olar. Bu bölmədə Prezident Administrasiyasının xəbərləri üçün xüsusi hissə yaradılıb ki, bu da vətəndaşların Administrasiyanın fəaliyyəti ilə daha yaxından tanış olmağa imkan verəcək.
Saytın hazırlanması zamanı uşaqlar da yaddan çıxarılmayıb. Belə ki, xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin internet səhifəsinin uşaqlar üçün versiyası hazırlanıb. Saytda, eyni zamanda, zəif görən istifadəçilər üçün yazıların ölçülərinin dəyişdirilməsi funksiyası əlavə olunub. Xatırladaq ki, Prezident saytının sonuncu versiyası 2007-ci ildən 2010-cu ilin iyul ayına qədər fəaliyyət göstərib.

645