ABŞ erməni separatçılara ayırdığı yardımın həcmini artırdı
ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici maliyyələşdirmə üzrə komitəsi 2011-ci il üçün büdcəni təsdiqləyib.
APA-nın “panorama.am” saytına istinadən yaydığı məlumata görə, gələn il ABŞ Ermənistana 44 milyon dollar həcmində maliyyə yardımı göstərəcək. Bu, Barak Obama tərəfindən nəzərdə tutulan rəqəmdən 4 milyon dollar çox, keçən illə müqayisədə isə 4 milyon dollar azdır.
ABŞ administrasiyası həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə maliyyə yardımını ötən illə müqayisədə 2 milyon dollar artıraraq 10 milyon dollara çatdırıb.
Komitə ayrılan hərbi yardımda paritet saxlamağı qərara alaraq Azərbaycan və Ermənistana ayrı-ayrılıqda hərbi məqsədli 3,5 milyon dollar hərbi yardım, hərbi təhsil üçün isə 450 min dollar yardım ayırıb.
Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin APA-ya açıqlamasında bildirib ki, səfirlik bununla bağlı rəsmi məlumat almayıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07