Müsavat və DUİ-nin dəstəklədikləri namizədlərin siyahısı – SİYAHI
01 sentyabr 2010 18:17 (UTC +04:00)

Müsavat və DUİ-nin dəstəklədikləri namizədlərin siyahısı – SİYAHI

Bu barədə APA-ya Müsavat Partiyasından məlumat verilib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər və DUİ tərəfdən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun imzaladığı bəyanatda tərəflərin razılığa gələrək zərurət yaranacağı təqdirdə, seçki dairələri üzrə vahid namizədlərin müəyyən edilməsini davam etdirəcəkləri bildirilib.

Müsavat Partiyası və DUİ arasında 2010-cu ilin aprel ayında imzalanmış protokola uyğun olaraq Müsavat Partiyası və DUİ-yə daxil olan partiyalar seçki kampaniyası dövründə də siyasi məsləhətləşmələri davam etdirmək, seçki pozuntularına və saxtakarlıqlara qarşı birgə mübarizə aparmaq, seçki prosesini birgə müşahidə etmək, seçkilərin nəticələrinə vahid qiymət vermək istiqamətlərində əməkdaşlıqlarını davam etdirəcəklərini bəyan edib.

Razılaşdırılmış seçki dairələrinin (SD) siyahısı isə belədir:

DUİ-nin namizədləri:


7 saylı Ordubad-Culfa SD – İlqar Səidoğlu

9 saylı Binəqədi II SD – Elşad Musayev

11 saylı Qaradağ SD – Bəybala Əbil

18 saylı Nərimanov-Nizami SD – Əhməd Oruc

22 saylı Nəsimi II SD – Pənah Hüseyn

42 saylı Sumqayıt II – Mirmahmud Mirəlioğlu

63 saylı Sabirabad I SD - Qiyas Sadıxlı

Müsavat Partiyasının namizədləri:

8 saylı Binəqədi I SD – Arzu Səmədbəyli

15 saylı Yasamal I SD – İsa Qəmbər

25 saylı Nizami II SD – Rauf Arifoğlu

26 saylı Sabunçu I SD – Tofiq Yaqublu

29 saylı Səbail SD – Mehman Cavadoğlu

34 saylı Xətai II SD - Nəsib Nəsibli

41 saylı Sumqayıt I SD – İkram İsrafil

43 saylı Sumqayıt III SD – Sülhəddin Əkbər

79 saylı İmişli SD – İltizam Əkbərli

113 saylı Şəki şəhər SD – Hikmət Hacızadə

115 saylı Şəki kənd SD – Adil Qeybulla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889

Oxşar yazılar