Sabir Rüstəmxanlı 6 mərtəbəli binanı 300 min manata tikdirib
04 iyun 2010 18:00 (UTC +04:00)

Sabir Rüstəmxanlı 6 mərtəbəli binanı 300 min manata tikdirib

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sab r Rüstəmxanlı tikdirdiyi 6 mərtəbəli binaya nə qədər xərc çəkdiyini açıqlayıb.


Lent.az-ın verdiyi məlumata görə, Sabir Rüstəmxanlı binanın tikintisinə 300 min manat xərclədiyini söyləyib. VHP sədri bu pulun bir hissəsini kredit götürdüyünü, bir hissəsinin isə öz pulu olduğunu bildirib.


Qeyd edək ki, 6 mərtəbəli binanın 2 mərtəbəsində partiya, bir mərtəbəsində Dünya Azərbaycanlıları Konqresi, bir mərtəbəsi isə mətbuat və konfrans zalı kimi fəaliyyət göstərəcək. Digər iki mərtəbə isə hələlik boşdur.


Yeni qərargah Xətai rayonu Xəqani Rüstəmov küçəsi 1210-cu məhəllə ünvanında yerləşir.

Buna qədər VHP-nin qərargahı Səbail rayonu ərazisində yerləşirdi.

Pərvin Abbasov
# 544

Oxşar yazılar