Prezident İlham Əliyev müsəlman ölkələrinin səfirlərini qəbul edib
APA-nın məlumatına görə, müqəddəs Ramazan ayı münasibətilə görüş iştirakçılarına xoş arzularını bildirən dövlət başçısı onlardan səmimi salamlarını və təbriklərini təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib.
Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan prezident İslam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, İslam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının əhəmiyyətini qeyd edən dövlət başçısı respublikamızın da müsəlman dövlətlərində səfirliklərinin sayının getdikcə artdığını deyib.
Azərbaycanla İslam ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan prezident İ. Əliyev İslam Konfransı Təşkilatının xətti ilə Bakıda bir sıra mötəbər tədbirlərin keçirdiyini qeyd edib. Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçildiyini diqqətə çatdıran dövlət başçısı ölkəmizin islam həmrəyliyinə töhfələrini əsirgəmədiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin nizama salınması ilə bağlı islam ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini də demişdir. Münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həllinə əminliyini vurğulayan dövlətimizin başçısı bir daha beynəlxalq birliyi işğalçı Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırmışdır.
Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təmsil etdikləri ölkələrə sülh və firavanlıq arzulayan Prezident İlham Əliyev bir daha görüş iştirakçılarına xoş arzularını çatdırmışdır.
Özbəkistan səfiri İsmətulla İrqaşov müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından prezident İ. Əliyevi və xalqımızı təbrik edib, sülh və firavanlıq arzulayıb. Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlarda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan səfir bu gün prezident İ. Əliyevin həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasət nəticəsində ölkəmizin mövqelərinin dünyada durmadan möhkəmləndiyini qeyd edib. İ. İrqaşov Azərbaycanın Cənubi Qafqazda sabitlik və dinamik inkişafı təmin edən ölkə olduğunu deyib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə müsəlman ölkələrinin mövqeyinin dəyişməz olduğunu vurğulayıb.
Diplomat İslam Konfransı Təşkilatında fəal mövqeyi ilə seçilən Azərbaycanın dini tolerantlıq və sivilizasiyalararası dialoqun bariz nümunəsi olduğunu da qeyd edib.

1075