Deputatlar Səfurə Əlizadənin çıxışından danışdı
31 may 2010 17:00 (UTC +04:00)

Deputatlar Səfurə Əlizadənin çıxışından danışdı

Milli Məclisin iclası başlayıb.


Lent.az-ın məlumatına görə, iclasda «İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanunu» layihəsi müzakirə olunub.


Çıxış edən YAP-çı millət vəkili Aydın Mirzəzadə qanun layihəsi barədə qısa çıxış etdikdən sonra «Eurovision» mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadənin uğurlu çıxışı münasibətilə hər kəsi təbrik edib. O, bunu Səfurənin qələbəsi olduğunu vurğulayıb: «Bu, Azərbaycan mədəniyyətinin Avropada uğurlu təbliği idi. Bu, Səfurə xanımla yanaşı, Azərbaycan dövlətinin, mədəniyyətinin qələbəsidir».


A.Mirzəzadə Türkiyənin «Manqa» qrupunun ikinci yeri tutmasını da böyük uğur adlandırıb. Millət vəkili Azərbaycanın Türkiyəyə, Türkiyənin isə Azərbaycana ən böyük balı -12 xal verməsinin təqdirəlayiq hal olduğunu da vurğulayıb: ““MaNqa”nın qələbəsi həm də bizim qələbəmizdir».


Müzakirələrdən sonra «İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanunu» layihəsi qəbul olunub.

Pərvin ABBASOV
# 383

Oxşar yazılar