Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tranzit yol ilə ölkəmizdən keçən Çinin Xalq Respublikasının xarici işlər naziri Yanq Jieçi (Yang Yiechi) qəbul edib.
Bu barədə Lent.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Görüş zamanı tərəflər Azərbaycan ilə Çin arasındakı münasibətlərin olduğunu qeyd edərək, əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Regionda cərəyan edən proseslərə toxunan nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş və münaqişənin yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qonağın nəzərinə çatdırıb.
Cavab olaraq, Çinin Xarici işlər naziri ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü daim və birmənalı olaraq dəstəklədiyini deyib.
Çin tərəfinə tutduğu mövqeyə görə minnətdarlığını bildirən E.Məmmədyarov qeyd etmişdir ki Azərbaycan Tayvanı Çin ərazisinin ayrılmaz biri hissəsi kimi tanıyır.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07