Hərbyönümlü təşkilatlar bəyanatla çıxış etdilər
“Müharibənin nə olduğunu anlayan təşkilatların Şuranın belə vətənpərvər təşkilatlara, müharibə əlillərinə, şəhid ailələrinə ünvanlanmış maliyyə dəstəyinə qısqanclıqla yanaşması təəccüb doğurur”
Bu gün “Əsgər Ailəsi” Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “1992-1993-cü ildən məskunlaşan məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranmış sosial ədalətsizliklə mübarizə” layihəsinin təqdimat mərasimi keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, tədbirdə çıxış edən təşkilatın rəhbəri Roza Əliqızı layihənin əsas məqsədinin məcburi köçkünlərin zəbt etdikləri mənzillərdən çıxarılması zamanı yaranmış münaqişəyə son qoymaq olduğunu bildirib.
Cəmiyyətin rəhbəri layihənin icrası zamanı qarşıya qoyulmuş vəzifələr haqqında ətraflı məlumat verib, layihənin icrası, görülən işlər, layihənin icra planında nəzərdə tutulan bəndlərin yerinə yetirilməsi haqda fikirlərini çatdırıb.
Roza Əliqızı son zamanlar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən hərbyönümlü təşkilatların bir qrup QHT təmsilçisi tərəfindən hədəfə alınması məsələsinə də toxunub və bundan narahatlığını dilə gətirib. “Bizi daha çox narahat edən Şuranın və KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi maliyyə yardımı müsabiqələrində uğur qazanmayan bir neçə QHT-nin rəhbərlərinin bu qurumların maliyyələşdirdiyi bəzi layihələri monitorinq etmək iddiası ilə çıxış etmələri və İşçi Qrupu yaradaraq monitorinqlər aparmaq istəyidir. Biz ondan narahat olmuruq ki, monitorinq keçirəcəklər. Qətiyyən. Amma özlərini hərbyönümlü təşkilat adlandıran, müharibənin nə olduğunu anlayan təşkilatların Şuranın belə vətənpərvər təşkilatlara, müharibə əlillərinə, şəhid ailələrinə ünvanlanmış maliyyə dəstəyinə qısqanclıqla yanaşması təəccüb doğurur”.
Roza Əliqızı bildirib ki, bu insanların vətəndaş deyil, fərqli mövqedən çıxış etmələri narahatlıq yaradır: “Mən də sizlərə sual verirəm ki, hansısa bir müharibə veteranına, Qarabağ Qazisinə edilən yardaıma görə bir Azərbaycan vətəndaşı narahat ola bilər?” Tədbirdə “Qarabağ Qaziləri” İctimai Birliyinin sərdi Etimad Əsədov, Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun sədri Sərraf Orucov, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədr Radə Abbas, Şəhid Ailələrinə maddi və mənəvi Kömək İctimai Birliyinin sədr Nəzakət Həsənova iştirak ediblər.
Çıxışlarda monitorinq ediləcək təşkilatların məhz Qarabağ müharibəsi ilə bağlı sosial və mənəvi problemlərinin həllinə yardım göstərən layihələri hədəf seçilməsinin təəccüb doğurduğu vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibəsində döyüş yolu keçərək sağlamlığını itirmiş fədakar insanların bu gün müharibə veteranları, əlilləri və şəhid ailələrinin sosial qayğılarının ödənilməsinə yardımı ilə bağlı həyata keçirdikləri layihələri monitorinq etmək üçün öncə buna kimlərinsə mənəvi haqqı çatmalıdır. Sonda tədbirdə iştirak edən hərbyönümlü QHT-lərin bəyanatı səslənib.

518