
Sərkisyan Minsk qrupuna həmsədrlik edən dövlətlərin yerinə söz verdi
Ermənistan prezidenti Serj Sərkisyan iddia edib ki, “Azərbaycanın işğal olunmuş əraziləri haqqında” qətnamənin 9 sentyabrda BMT Baş Assambleyasında qəbul olunub-olunmaması əhəmiyyətli deyil. Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, Serj Sərkisyan hesab edir ki, Azərbaycanın hazırladığı bu qətnaməyə ənənəvi olaraq rəsmi Bakı ilə həmrəylik nümayiş etdirən, İslam Konfransı üzvü olan ölkələr səs verəcəklər: “Ancaq mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirak edən dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri bu qətnamənin əleyhinə səs verəcəklər. Ən azı isə bitərəf qalacaqlar. Biz sübut etməliyik ki, Dağlıq Qarabağ kiçik, ancaq öz problemlərini həll edən dövlətdir...”.
Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07