Ermənistan 2009-cu ildə aldığı silahların siyahısını açıqlayıb
30 avqust 2010 18:07 (UTC +04:00)

Ermənistan 2009-cu ildə aldığı silahların siyahısını açıqlayıb

APA-nın məlumatına görə, nə qədər inandırıcı olmasa da, Ermənistan hesabatında 2009-cu ildə yalnız atıcı silahlar idxal etdiyini göstərib. Hesabatda bildirilir ki, Ermənistan ötən il atıcı silahları yalnız Rusiyadan alıb. 2009-cu ildə rəsmi İrəvan Rusiyadan 300 ədəd PM, 300 ədəd PMM və 3 ədəd PSM tapançası, 3 ədəd BSS markalı karabin, 400 ədəd “AK-105” markalı avtomat və 36 ədəd “RPK-74M” pulemyotu alıb.


Qeyd edək ki, Ermənistan hesabatında 2009-cu ildə Rusiyadan bu atıcı silahları satın aldığını göstərdiyi halda, Rusiyanın 2009-cu il üçün hesabatında həmin alqı-satqı ilə bağlı rəqəmlər əksini tapmayıb.
# 811

Oxşar yazılar