Pakistan Ermənistanı tanımadığını yenə bəyan etdi
23 aprel 2010 18:00 (UTC +04:00)

Pakistan Ermənistanı tanımadığını yenə bəyan etdi

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Pakistan İslam Respublikasının Müdafiə katibi Sayed Athar Alini qəbul edib.

Bu barədə Lent.az-a Azərbaycan XİN-dən məlumat verilib. Ölkəmizdə olmasından məmnunluğunu bildirən pakistanlı qonaq Pakistan-Azərbaycan siyasi münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirib, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini bildirib. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən S.A.Ali ölkəsinin Ermənistan Respublikasını tanımadığını vurğulayıb.


Öz növbəsində qonağı salamlayan nazir müavini X.Xələfov Azərbaycan-Pakistan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu və bunun səmərəli istifadə olunmasının ölkələrarası münasibətlərin dərinləşməsinə daha da təkan verəcəyini vurğulayıb. Nazir müavini X.Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın ədalətli mövqeyinin Pakistan tərəfindən dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.


Habelə görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401

Oxşar yazılar