ABŞ rəsmisi Azərbaycanın birgə hərbi təlimlərdən imtinasını şərh edib
ABŞ dövlət katibinin müavini Filip Krouli Azərbaycanın birgə hərbi təlimlərdən imtina etmək təklifini şərh edib.
APA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, F. Krouli bildirib ki, ABŞ Azərbaycanın təhlükəsizlik məsələlərinin geniş spektrinə dair mühüm tərəfdaş hesab edir: “Azərbaycanın niyyətinə gəldikdə isə bu sualı Azərbaycan hökumətinə ünvanlamaq daha yaxşı olardı. Hərbi təlimlərlə bağlı məsələ daha çox Müdafiə Nazirliyinə aid məsələdir. Lakin biz Azərbaycanla əməkdaşlığı, o cümlədən Rusiya və Fransa ilə birlikdə Minsk prosesi çərçivəsində əməkdaşlığı davam etdirəcəyik ki, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olaq”.
“Azərbaycanın ABŞ-la birgə təlimlərdən imtina etmə qərarına İranın təsiri ola bilərmi” sualını cavablandıran F. Krouli qeyd edib ki, bu iddianı təsdiqləmək üçün əlində heç bir əsas yoxdur: “Bu, Azərbaycan hökumətinin öz qərarıdır”.

333