“Sərhədlər protokolların ratifikasiyasından əvvəl açılacaq”
16 aprel 2010 15:30 (UTC +04:00)

“Sərhədlər protokolların ratifikasiyasından əvvəl açılacaq”

Ermənistanda hakimiyyətdə olan Respublika Partiyasının sədr müavini Qalust Saakyan sensasion açıqlama verib.


Lent.az-ın Ermənistan Dövlət Radiosuna istinadən verdiyi məlumata görə, Qalust Saakyan Türkiyə-Ermənistan sərhədlərinin protokolların bu iki ölkənin parlamentlərində ratifikasiya edilməsindən əvvəl açılacağını söyləyib: “Türkiyə-Ermənistan sərhədi açılacaq”.


O, prezident Serj Sərkisyanın ABŞ səfərini tarixi səfər adlandırıb və Ermənistanın maraqları baxımından ciddi irəliləyişlərə nail olunduğunu vurğulayıb.


Qeyd edək ki, az əvvəl Türkiyə baş nazirinin xüsusi nümayəndəsi İrəvanda və Azərbaycanda olub. Serj Sərkisyan da ABŞ-a yollanmazdan əvvəl bir mühüm məsələ ilə bağlı artıq qərar verdiklərini söyləyib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da aprelin 19-da Azərbaycana gələcəyini bildirib.


Prezident postunda əyləşən Serj Sərkisyan həm də Respublika Partiyasının sədridir və onun müavini olan Qalust Saakyanın açıqlaması təsadüfi sayılmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar