Erməni piratlığına dair internet saytı yaradılacaq
Erməni oğurluqlarına dair faktlar toplanaraq ingilis dilinə tərcümə olunacaq
“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Azərbaycanın qeyri-maddi mülkiyyətinin erməni işğalına məruz qalması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihəyə start verib.
Lent.az-ın məlumatına görə, təşkilatın bununla bağlı yaydığı açıqlamada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin təkcə ərazi iddiaları ilə məhdudlaşmadığı, düşmən ölkənin həm də xalqımızın milli-mənəvi dəyərlərinə göz dikdiyi bildirilir: “Cənubi Qafqaza gəlmə xalq olan ermənilər özlərinə mədəniyyət yaratmaq üçün coğrafi yer adlarımızı, dastan, bayatı, atalar sözlərimizi, nağıl və lətifələrimizi, aşıq yaradıcılığımızı, musiqi, mahnı və rəqslərimizi mənimsəyib, xalçalarımızı və onların naxışlarını, mətbəx reseptlərimizi və xörəklərimizin adlarını, abidələrimizi özününküləşdirməyə çalışıblar”.
“Əqli Mülkiyyətçilər Kömək” İctimai Birliyində bildirirlər ki, xalqımıza məxsus əqli mülkiyyətin işğalı, azərbaycanlıların müəllif hüquqlarına təcavüz Ermənistan-Azərbaycan münaqişəsində düşmənin əsas planlarından biri olub. Belə ki, düşmən ölkə birbaşa intellektual piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə məxsus nümunələr erməni mədəni mülkiyyəti adı altında dünyaya yayır.
“Bütün bunlara qarşı geniş cəbhədə mübarizə aparmaq və erməni plagiatlığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq olduqca vacib məsələdir. Bu iş təkcə dövlət qurumlarımızın üzərinə düşməməli, vətəndaş cəmiyyətinin qurucuları da fəal olmalıdır” - təşkilatın yaydığı bəyanatda belə deyilir.
Xatırladaq ki, “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi bununla bağlı layihə həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşacaq layihə çərçivəsində erməni oğurluqlarına dair faktlar toplanaraq ingilis dilinə tərcümə olunacaq və onların beynəlxalq aləmə çatdırılması üçün Azərbaycan və ingilis dillərində internet saytı yaradılacaq. Layihənin məqsədi ədalətli rəqabətin düşmənləri olan ermənilərin plagiatlığı və saxtakarlığına qarşı mübarizə aparmaq, əqli mülkiyyətimizə olunan təcavüz barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır.
Elxan SALAHOV

460