Ərdoğan: “Obama “soyqırım” deməyəcək”
13 aprel 2010 18:00 (UTC +04:00)

Ərdoğan: “Obama “soyqırım” deməyəcək”

Baş nazir əmindir ki, ABŞ prezidenti bu ifadəni işlətməyəcək


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin 1915-ci il hadisələrinin soyqırım kimi qiymətləndirilməsini qəbul etməyəcəyini və ABŞ prezidenti Barak Obamanın da bu ifadəni işlətməyəcəyinə əmin olduğunu bildirib.


APA-nın məlumatına görə, R. T. Ərdoğan bunu CNN-ə müsahibəsində deyib. Nüvə təhlükəsizliyi sammitinə qatılmaq üçün Vaşinqtonda olan Türkiyənin baş naziri CNN-in jurnalisti Kristian Amanpurun suallarını cavablandırıb.


1915-ci il hadisələrinin müharibə və üsyanlar dövründə baş verdiyini xatırladan R. T. Ərdoğan 1914-1918-ci illərdə türk xalqının da dəhşətli itkilərə məruz qaldığını vurğulayıb: “Heç bir millətin, heç bir xalqın tarixi özünün anladığı şəkildə digər millətlər və xalqlara qəbul etdirməyə haqqı yoxdur. Türkiyə buna çalışmır. Bu günə qədər heç bir Amerika lideri bu kəlmədən istifadə etməyib və prezident Obamanın da bu ifadəni işlətməyəcəyinə inanıram”.
# 347

Oxşar yazılar