“İslahat” seçki bloku elan olundu
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXC), Böyük Quruluş və Ədalət partiyaları liderləri “İslahat” seçki blokunun yaradılması barədə niyyət protokolu imzalayıb. Lent.az-ın məlumatına görə, tədbirdə Böyük quruluş partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib ki, partiyalar seçki dairələrindən vahid namizədlə çıxış etməyi qarşılarına məqsəd qoyub.
Onun sözlərinə görə, artıq seçki dairələrinin 95 faizində namizədlər razılaşdırılıb. Yerdə qalan 5 faiz dairələrdə isə vahid namizədlərin müəyyən edilməsi istiqamətində müzakirələr aparılır. Fazil Qəzənfəroğlu deyib ki, həmin dairələrdə namizədləri müəyyən etmək mümkün olmasa, püşk atılacaq. O, həmçinin “İslahat” seçki blokunu “Müxalifətin məsuliyyətli seçki bloku” kimi dəyərləndirib.
BAXCP sədri Qüdrət Həsənquliyev isə deyib ki, bu seçkidə “qara piar”ın əleyhinə mübarizə aparacaqlar. Müxalifət partiyalarının onları “İqtidaryönlü” adlandırdığını deyən BAXC sədrinin sözlərinə görə, onlar həm də radikal müxalifətin bu tip kampaniyalarına qarşı mübarizə aparacaq.
Ramiz Mikayıloğlu

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07