Ombudsman parlamentdə hesabat verdi
02 aprel 2010 18:30 (UTC +04:00)

Ombudsman parlamentdə hesabat verdi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2009-cu il üçün illik məruzəsini təqdim edib.



Lent.az-ın məlumatına görə, məruzədə 2009-cu ildə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin ünvanına 8800 müraciət daxil olduğu bildirilib.
Bu müraciətlərdən 7365-i (83,7%) şikayətdir. Şikayətlərin 982-si (13,3%) məhkəmə, 415-i (5,6%) prokurorluq, 1239-u (16,8%) polis (bunlardan 112, yəni 9% dövlət yol polisi ilə bağlı), 688-i (9,3%) yerli icra hakimiyyəti orqanları, 441-i (6%) məhkəmə qərarlarının icra edilməməsi, 205-i (2,8%) isə bələdiyyələrlə bağlı olub.


Məruzədə yerlərdəki bəzi məmurların diqqətsizliyi və özbaşınalığı nəticəsində süründürməçiliklə, biganəliklə üzləşən insanların mərkəzi orqanlara müraciət etmək məcburiyyətində qaldıqları qeyd olunub, belə halların insanların istər fiziki, istərsə də maddi cəhətdən çətinliklərlə üzləşməsinə, narahatlıq və narazılığına səbəb olduğu bildirilib.


Sənəddə müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 51060 müraciət daxil olduğu qeyd edilib. Müraciətlərin 83,7%-i şikayətlərdən, 16,2% ərizələrdən, 0,1%-i isə təkliflərdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351

Oxşar yazılar