Nazir müavini: “Türkiyə-Ermənistan sərhədinin açılmasından söhbət getmir”
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
A. Əzimov bildirib ki, sərhədlərin açılacağı ilə bağlı deyilənlər kiminsə spekulyasiyasıdır və ya ortaya atdığı məslədir: “Ermənistanda NATO-nun və tərəfdaş dövlətlərin iştirakı ilə keçiriləcək bir tədbir haqqında planlaşma gedib. Planlaşma konfranslarında bu məsələ müzakirə olunmayıb. Müzakirələrin nəticəsi olaraq, NATO-ya tərəfdaş dövlətlərin bölmələrinin Türkiyədən Gürcüstan istiqamətindən və hava yolu ilə Ermənistana daxil olması haqqında planlar var. Amma bölmələrin Türkiyənin ərazisindən sərhədi keçməklə Ermənistana daxil olması məsələsi yoxdur. Hər bir halda söhbət Türkiyə-Ermənistan sərhədinin açılmasından getmir”.
Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi barədə açıqlamalara münasibət bildirən A. Əzimov deyib ki, Türkiyə Azərbaycanı həmişə dəstəkləyib: “Bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bu günə qədər əlaqələr inkişaf etdirilib. Bunu inkişaf etdirməyə də imkan var. Lakin ayrı-ayrı fikirlər səsləndirilə bilər. Əgər Türkiyə ilə Azərbaycan arasında hərbi protokolun imzalanmasından söhbət gedirsə, lazımı məsələlərin həll edilməsi üçün şəraiti yaradan sazişlər, müqavilələr və protokollar imzalanıb və bu proses davam etdirilir. “Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilə bilərmi” sualı yalnız Azərbaycanın niyyətindən, istəyindən və Türkiyənin hazırlığından asılı olan bir məsələdir. Hazırda isə belə bir məsələ yoxdur”.

719