BMT rəsmisi Azərbaycanda ərzaq təhlükəsizliyi proqramından danışdı
Senaser Mustafa: “Əlavə tədbirlərə ehtiyac olub-olmaması 2008-2015-ci illəri əhatə edən tədbirlər planının icrasından asılıdır”
“Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi barədə Dövlət Proqramının hazırlanmasından xəbərdarıq. Prezident İlham Əliyevin bəzi proqramları imzaladığını da bilirik. Bu proqramlardan biri də əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına aid Dövlət Proqramıdır. Burada etibarlı təminat dedikdə həm ərzaq təhlükəsizliyi, həm də keyfiyyətli ərzaq başa düşülür. Amma proqram yeni başlayıb və onun necə icra olunduğunu söyləmək tezdir”.
Lent.az-ın məlumatına görə, BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) Bakıda səfərdə olan subregional koordinatoru Senaser Mustafa jurnalistlərin suallarına cavab verərkən belə deyib. O qeyd edib ki, bu proqramdan başqa ərzaq təhlükəsizliyinə dair əlavə tədbirlərə ehtiyac olub-olmaması 2008-2015-ci illəri əhatə edən tədbirlər planının icrasından asılı olacaq.
“Hələlik proqramda yazılanlarla və mövcud templə qarşıya qoyulan məqsədə çatmağın mümkün ola biləcəyi barədə dəqiq fikir söyləmək mümkün deyil. Sabah biz Bakıda BMT-nin müvafiq qurumları ilə birgə bu məsələni müzakirə edəcəyik. Orada bu məsələdə proqram üzrə məsul olan dövlət qurumlarına hansı yardımları göstərə biləcəyimizə baxacağıq. Yəni görək Azərbaycan hökumətinin bu sahədə yardıma ehtiyacı varmı?” deyə, İBMT nümayəndəsi əlavə edib.
BMT rəsmisi deyib ki, ötən il dünyada müşahidə olunan taxıl qıtlığının bu il baş verməyəcəyi gözlənilir. Çünki proqnozlara görə, 2010-cu ildə taxıl istehsalı artmalıdır. Onun sözlərinə görə, taxıl və buğdadan sonra strateji əhəmiyyət daşıyan çay və şəkərin qiymətində bu il artım var. Bu isə o deməkdir ki, həmin məhsullara tələbat artır.
Elxan SALAHOV

623