“İslahat” bloku yaranır
Azərbaycanda daha bir seçki bloku yaradılır. Lent.az-ın məlumatına görə, “İslahat” seçki blokunun yaradılması barədə avqustun 30-da, saat 12:00-da elan olunacaq.
Blokun yaradılması barədə qərar avqustun 28-də Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP), Böyük Quruluş (BQP) və Ədalət (ƏP) partiyaları liderlərinin görüşündə qəbul olunub.
Ədalət Partiyasının mərkəzi mənzil-qərargahında keçirilən görüşdə hər üç partiyanın rəhbərləri “İslahat” seçki bloku adından irəli sürüləcək namizədlərin siyahısı ilə bağlı razılıq əldə ediblər. Yalnız bir neçə dairə üzrə müzakirələrin sentyabrın 7-nə, parlament seçkilərinə rəsmən start veriləcəyi günədək davam etdirilməsi nəzərdə tutulub.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi məlumata görə, müzakirələrin davam etdirilməsinə səbəb olan seçki dairələri üzrə razılığın əldə olunmasıyla bağlı da elə bir ciddi problem yoxdur: “Sadəcə qarşılıqlı razılıq əsasında bəzi dairələr üzrə namizədlərlə bağlı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac var. “İslahat” seçki blokunun vahid namizədlər siyahısı ümumən razılaşdırılıb və blok avqustun 30-da elan olunacaq”.

629