Müsavat və AXCP daha 3 dairədə razılığa gəliblər
27 avqust 2010 18:50 (UTC +04:00)

Müsavat və AXCP daha 3 dairədə razılığa gəliblər

Müsavat Partiyası və AXCP son 2 gündə 3 seçki dairəsində (SD) vahid namizəd məsələsində razılığa gəliblər.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Lent.az-a açıqlamasında deyib ki, 19 saylı Nərimanov I, 32 saylı Suraxanı III və 10 saylı seçki Binəqədi III SD dairələrində razılıq əldə olunub.

19 saylı Nərimanov I SD-də İbrahim İbrahimli AXCP-nin namizədi Gözəl Bayramlının lehinə namizədliyini geri götürüb. İbrahim İbrahimli 32 saylı Suraxanı III SD-dən namizəd olacaq. Mustafa Hacıbəyli də 10 saylı seçki Binəqədi III SD dairəsində namizədliyini güzəştə gedib və bu dairədən AXCP üzv İlham Hüseyn namizəd olacaq. Mustafa Hacıbəylinin isə başqa bir dairədən namizədliyinin irəli sürülməsi nəzərdə tutulub.

Arif Hacılı Müsavat və AXCP-nin vahid namizəd məsələsində razılığa gəldikləri dairələrin sayının 70-i keçdiyini və bu bunun seçki bloku kimi qeydiyyatdan keçmək üçün yetərli olduğunu da söyləyib.
# 594

Oxşar yazılar