Rusiya Dövlət Kitabxanasında “Qarabağ gündəliyi” təqdim olundu
Kitab Leyla Əliyeva tərəfindən irəli sürülən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanıb
Bu gün Moskvada Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində tanınmış rus yazıçısı, professor Yuri Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimatı keçirilib. Bu barədə Lent.az-a İslam Konfransı Təşkilatı Gənclər Forumundan (İKGF) məlumat verilib. Moskvanın “Kanonplyus” nəşriyyatı tərəfindən nəşr etdirilən kitab İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyeva tərəfindən irəli sürülən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanıb.
ədbir iştirakçılarını salamlayan kitabxananın prezidenti Viktor Fyodorov sözü Leyla Əliyeva verib və o da öz növbəsində konflikt haqqında Rusiya oxucusuna həqiqətləri çatdıran bu kitabın əhəmiyyəti haqqında danışarkən müəllifin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində oynadığı roldan da bəhs edib. “Professor Pompeyev mürəkkəb bir dövrdə dəfələrlə Qafqazda konflikt zonalarında olub, Qarabağda başlanan separatizmin nəinki Azərbaycanın, ümumilikdə milyonlarla insanın taleyinin birləşdiyi böyük bir ölkənin ərazi bütövlüyünə zərbə vurduğunu öz gözləri ilə görüb” – deyə, L.Əliyeva qeyd edib. O, çıxışında həmçinin kitabın münaqişənin səbəb və ağır nəticələri haqqında Rusiya oxucularında obyektiv fikir yaradacağına əmin olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu kitabın əhəmiyyətindən, o cümlədən Azərbaycan hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlmiş siyasətindən bəhs edib.
İKGF-nin baş katibi Elşad İsgəndərov kampaniyanın 1 illik fəaliyyəti haqda təqdimatla çıxış etmiş, xüsusilə beynəlxalq qurumlar çərçivəsində qəbul edilmiş Xocalı qətliamını törədənləri pisləyən qərarların əhəmiyyətindən danışıb.
Kitabın müəllifi professor Y.Pompeyev öz çıxışında “Xocalıya Ədalət” kampaniyasına dəstəyini ifadə edib, tədbir iştirakçılarına kitabın yaranması ideyasından danışıb, keçən əsrin 90-cı illərinin əvvələrində Qarabağ müharibəsi zamanı Azərbaycan ətrafında informasiya blokadasının aradan qaldırılması uğrunda aparılan mübarizədən bəhs edib.
Azərbaycan Milli Məclisinin deputatı Elmira Axundova “Qarabağ gündəliyi” kitabının əhəmiyyətini qeyd edərək münaqişə həll edilməyənə qədər kitabda qeyd edilən fikirlərin xüsusi aktuallıq kəsb etməkdə davam edəcəyini bildirib.
Kitabın tədqimatında Moskva Dövlət Universitetinin professoru Qeorqi Alekseyev, Qarabağ müharibəsi zamanı Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat üzrə katibi işləmiş, rusdilli “Azərbaycanın panoraması” qəzetinin redaktoru Fərhad Ağamaliyev çıxış ediblər.
Mərasimdə Moskva ziyalıları, ali məktəb tələbələri və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları 2009-cu il ərzində “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirləri özündə əks etdirən forosərgi ilə tanış olublar.
Müəllifin münaqişə ilə bağlı siyasi və ictimai xadimlərdən götürülmüş şəxsi intervüləri və tarixi sənədlər əsasında tarixi-publisisitk janrda yazılmış “Qarabağ gündəliyi” kitabında Qarabağ münaqişəsinin ilkin dövründən başlayaraq baş verən təlatümlü hadisələrin təhlili verilib. Əsərdə münaqişənin alovlanmasına şərait yaradan, Xocalı faciəsinə aparan proseslərdə Sovet hakimiyyət qurumlarında təmsil olunan pərdəarxası qüvvələr, erməni lobbisi və onların Qorbaçovla olan gizli münasibətlərindən bəhs edilib.
Kitab Sovet İttifaqının son dövrləri və Azərbaycan xalqının milli-azadlıq hərəkatını öyrənmək istəyən tarixçi, politoloq və konfliktoloqlar üçün xüsusi əhəmiyyət kəsb edir.
“Xocalıya Ədalət” kampaniyası 2008-ci ilin 8 mayında, Şuşanın işğalının ildönümü günündə İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülüb və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsi və həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələdirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

497