Ermənilər Strasburqda Xocalı mitinqinə mane olmaq istəyiblər
27 fevral 2010 20:00 (UTC +04:00)

Ermənilər Strasburqda Xocalı mitinqinə mane olmaq istəyiblər

Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Strasburq "Azərbaycan Evi" Xocalı Mitinq-yürüşü keçirib.


ATXƏM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aksiya Strasburqun Kliber meydanında təşkil olunub.


Mitinqdə Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Türk diaspor təşkilatları və ətraf şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak ediblər. 300 nəfərdən çox nümayəndənin qatıldığı tədbirə ermənilər müdaxilə etməyə cəhd göstəriblər. İnsidentin böyüməsinə imkan verməyən Strasburq hüquq-mühafizə orqanları təxribatçıları Kliber meydanından uzaqlaşdırıblar.


Mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub.
# 583

Oxşar yazılar