Yeni Ombudsmanın təsdiqilə bağlı layihə parlamentdə
Azərbaycanın yeni Ombudsmanının təsdiq olunması ilə bağlı layihə Milli Məclisə (MM) daxil olub.
Bu barədə APA-ya MM-dəki mənbələrdən məlumat verilib.
Qanuna müvafiq olaraq, MM-ə Ombudsman vəzifəsində 3 nəfərin namizədliyinin təqdim olunduğu bildirilir. Namizədlərdən biri hazırkı Ombudsman Elmira Süleymanovadır. Digər namizədin isə Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov olduğu qeyd edilib. Üçüncü namizədin adı hələlik açıqlanmır.
Qeyd edək ki, məsələnin parlamentin növbəti iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

1016