Ümid və ADP vahid namizəd problemi ilə üzləşiblər
27 avqust 2010 14:41 (UTC +04:00)

Ümid və ADP vahid namizəd problemi ilə üzləşiblər

Bu gün Ümid Partiyasının qərargahında “Qarabağ” Seçki Blokunun (QSB) İşçi Qrupunun növbəti iclası keçirilib. İşçi Qrupunun üzvü, Ümid Partiyasının sədr müavini Taleh Əliyev Lent.az-a açıqlamasında bildirib ki, iclasda QSB-nin təsis olunması haqqında sazişin layihəsi, MSK-ya və DSK-ya təqdim olunacaq sənədlərin siyahısı, QSB-nin namizədlərin yekun siyahısının hazırlanması, QSB-nin əsasnaməsi, seçki qərargahının strukturu və gələcək tədbirlər planı müzakirə olunub.


Taleh Əliyev onu da deyib ki, bir neçə dairədən hər iki partiyanın güclü namizədi olduğundan hələlik bu dairələrdə razılıq əldə olunmayıb və bu məsələ növbəti iclasa təxirə salınıb.
# 556

Oxşar yazılar