Fikrət Məmmədov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi ilə görüşüb
27 avqust 2010 12:46 (UTC +04:00)

Fikrət Məmmədov BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi ilə görüşüb

Lent.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, BMT-nin ölkəmizlə sıx əməkdaşlığına toxunan ədliyyə naziri Fikret Akçuranı respublikamızda fəaliyyətə başlaması münasibətilə təbrik edərək, işində uğurlar arzulayıb, qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əmin olduğunu bildirib.


Söhbət zamanı BMT ilə əməkdaşlıq çərçivəsində uğurlu layihələrin həyata keçirildiyi qeyd olunub, əhalinin dövlət reyestrinin formalaşdırılması və inkişafı üzrə birgə layihənin səmərəsi xüsusilə vurğulanıb. Fikret Akçura ölkəmizin ədliyyə və məhkəmə sistemində aparılan genişmiqyaslı işlərə böyük maraq göstərərək bu sahədə müasir infrastrukturun yaradılmasını təqdir edib. O, həyata keçirilən islahatlarda hər cür dəstək göstərməyə hazır olduğunu və əməkdaşlığın daha da gücləndirilməsində səylərini əsirgəməyəcəyini söyləyib.


Görüşdə insan hüquqlarının təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati məhkəmələrin yaradılması, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb, konkret təkliflər irəli sürülüb.

Fikret Akçura nazirlikdə Ədliyyə tarixi muzeyi ilə də tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825

Oxşar yazılar